Sosial şəbəkədə biz:

Əbülfəz Elçibəyin yanan bağ evi dağılmaq üzrədir VİDEOREPORTAJ, FOTOLAR

12 June 2018, 12:45
Gündəm
Mərhum prezident Əbülfəz Elçibəyin Mərdəkanda olan bağ evi dağılmaq üzrədir. Musavat.com-un müxbiri Ə.Elçibəyin qohumu, müstəqil jurnalist Çingiz Özgürlə birgə eks prezidentin ömrünün son illərini keçirdiyi bağ evinə baş çəkib. Birmərtəbəli, kürsülü olan ev bərbad vəziyyətdədir. Xüsusilə, 2015-ci ildə baş verən yanğın zamanı ev və içindəki əşyalar yararsız hala düşüb. Tavan və döşəmə tamamilə sıradan çıxıb. Həmçinin Ə.Elçibəydən qalan bəzi şəxsi əşyalar da yanğında məhv olub. Musavat.com-a danışan Çingiz Özgür vaxtilə Azərbaycana rəhbərlik etmiş Əbülfəz Elçibəyin xatirəsini yaşadan evin təmir və bərpaya ehtiyacı olduğunu bildirdi. Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.