Sosial şəbəkədə biz:

Bakıda restoranda yanğın

13 June 2018, 09:55
Gündəm
Paytaxtda restoranda yanğın olub. Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, iyunun 12-də Bakının Xəzər rayonunda ümumi sahəsi 600 m² olan birmərtəbəli restoranın dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Alovun qarşısı yanğınsöndürən bölmələr tərəfindən alınıb.