Sosial şəbəkədə biz:

Gürcüstanın baş naziri istefa verdi

13 June 2018, 21:24
Gündəm
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili vəzifəsindən istefa verib. AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, Kvirikaşvili istefa qərarını bu gün keçirdiyi brifinqdə açıqlayıb. "Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım. Bu gün vəzifəmi tərk edirəm", - deyə Kvirikaşvili bəyan edib. Qeyd edək ki, son ay ərzində bir neçə dəfə Gürcüstanda hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilib. Aksiyaçıların əsas tələbi baş nazirin istefası idi. Georgi Kvirikaşvili 2015-ci il dekabrın 30-dan Gürcüstan hökumətinin rəhbəri vəzifəsini tuturdu.