Sosial şəbəkədə biz:

Dünyanın gözü Rusiyada: Dünya çempionatı başlayır

14 June 2018, 10:14
Gündəm
Bu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək. Azinforum.az-ın  məlumatına görə, mərasimə 20-dən çox ölkənin başçısı, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də qatılacaq. Rusiyada təşkil olunacaq DÇ-2018 meydan sahiblərinin oyunu ilə başlayacaq. QarşılaşmaBakı vaxtı ilə saat 19:00-da start götürəcək. Dünya çempionatının oyunları Rusiyanın 11 şəhərində - Moskva (“Lujniki” və “Spartak”), Kalininqrad (“Kalininqrad” stadionu), Sankt-Peterburq (“Sankt-Peterburq” stadionu), Nijni Novqorod (“Nijni Novqorod” stadionu), Volqoqrad (“Volqoqrad Arena”), Kazan (“Kazan Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-Don (“Rostov Arena”), Soçi ("Fişt" stadionu) və Yekaterinburqda (“Yekaterinburq Arena”) yerləşən 12 stadionda keçiriləcək. Mötəbər idman yarışına iyulun 15-də yekun vurulacaq.