Sosial şəbəkədə biz:

Mərkəzi Bank uçot dərəcəsini 10 faizə endirdi

14 June 2018, 11:03
Gündəm
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 11 faizdən 10 faizə, faiz dəhlizinin aşağ-yuxarı həddinin +-2 faiz səviyyəsində olması barədə qərar qəbul edib. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzər alınıb.