Sosial şəbəkədə biz:

Bayram günlərinə olan hava proqnozu açıqlanıb

14 June 2018, 14:21
Gündəm
Bayram günlərində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, iyun ayının 15-də və 16-ı gündüz saatlarında ölkədə hava şəraiti sabit keçəcək: "Növbəti iki gündə hava əsasən yağmursuz olacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25-30, Mərkəzi Aran rayonlarında 30-35, dağlıq ərazilərdə 17-22 dərəcə təşkil edəcək". Onun sözlərinə görə, lakin 16-sı axşam isə bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Qeyd edək ki, iyun ayının 15-i Azərbaycanda Milli Qurtuluş Günüdür. Bu ilin iyunun 15 və 16-da isə Ramazan bayramı qeyd olunacaq.