Sosial şəbəkədə biz:

Tovuzda müəllim "Son zəng" zamanı ölüb

14 June 2018, 15:58
Gündəm
Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib. Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.