Sosial şəbəkədə biz:

Tiflisdə elita savaşı: mitinqlər tamaşadır... - Yuşşenko

14 June 2018, 16:48
Gündəm
Tiflisdə təşkil edilən mitinqlər yaxşı səhnələşdirilmiş tamaşanı xatırladır. Axar.az xəbər verir ki, bunu “SputnikGürcüstan” agentliyinə açıqlamasında Rusiya Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Aleksandr Yuşşenko deyib. Onun sözlərinə görə, bu etirazların məqsədi hansısa siyasi hədəflərə çatmaqdır: “Bu, Ermənistandakı kimi xalqın etirazı deyil ki, hökumətin istefasına gətirib çıxarsın. Burada, məncə, məsələ daxili siyasi ziddiyyətlərlə bağlıdır və bu, küçə etirazlarıyla həll edilir”.