Sosial şəbəkədə biz:

İndira Qandi aerportunda 5 Azərbaycan vətəndaşı həbs edildi - QIZIL QAÇAQMALÇILARI, 3-Ü QADINDIR...

15 June 2018, 13:51
Gündəm
Hindistanın paytaxtı Dehlinin İndira Qandi Beynəlxalq Aeroportunda 5 Azərbaycan vətəndaşı həbs edilib. Virtualaz.org Hindistan mənbələrinə istinadən xəbər verir ki, onlar qızıl qaçaqmalçılığında ittiham olunur.
Aeroportun gömrük komissarı Anubha Sinha bildirib ki, həbs edilənlərin 3-ü qadındır. Onların üzərindən 2,5 kiloqrama yaxın qızıl məmulatları aşkarlanıb. Saxlanılanlar qızılı gömrükdən gizlətməklə aerportdan keçirmək istəyiblər.