Sosial şəbəkədə biz:

Təyyarə və helikopterlər Bakı səmasında uçuşları davam etdirir

15 June 2018, 13:59
Gündəm
Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri hərbi paradın məşqləri ilə bağlı uçuşları davam etdirir. APA-nın məlumatına görə, bu gün səhər saatlarında helikopter və təyyarələr Bakı buxtası üzərlərində növbəti uçuşlar həyata keçirib. Parad Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının “Azadlıq” meydanında keçiriləcək.