Sosial şəbəkədə biz:

“Maşın”ı o udsa da, imtina etdi – qalmaqallı şou sona çatdı

16 June 2018, 08:26
Gündəm
Teleməkanın ən reytinqli yarışması "Maşın şou"nun qalibi bəlli olub. Azinforum.az xəbər verir ki, canlı yayında qalibin Roza Zərgərli olduğu açıqlanıb. Lakin ifaçı avtomobili “Həyat fondu”na bağışlamaq istədiyini deyib. Ancaq qaydaya görə, bu, mümkün olmayıb. Zərgərli avtomobildən imtina edib. M.Dadaşov deyib ki, avtomobilin aqibəti haqda yaxın günlərdə açıqlama veriləcək.