İstanbulda Gülənin qardaşı qızı həbs edildi - FOTO
Türkiyənin İstanbul şəhərində keçirilən FETÖ əməliyyatında qruplaşmanın lideri Fətullah Gülənin qardaşı qızı Fatma Nur Gülən saxlanılıb/ Fatma Nur Gülən polisə verdiyi ifadələr zamanı 100-ə yaxın FETÖ-çünün adını çəkib.
Gülən polisə ailə üzvləri barədə də bir sıra əhəmiyyətli məlumatlar verib. O bu işlərə könüllü deyil, atasının məcbur etməsi ilə başladığını, ailə üzvləri ilə soyadına görə mübahisə etdiyini və o zamandan bura onlarla görüşmədiyini etiraf edib.