Sosial şəbəkədə biz:

Şabran Mərkəzi Rayon Xəstəxanasında yanğın olub

17 June 2018, 17:37
Gündəm
Bu gün Şabran rayonunda Mərkəzi Rayon Xəstəxanasının ərazisində "Mercedes" markalı təcili yardım avtomobilinin yanar hissələri və dördmərtəbəli binanın 1-ci mərtəbəsində 3 ədəd plastik pəncərə çərçivəsi yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.