Sosial şəbəkədə biz:

Bakıda restoran yandı - GENERAL HADİSƏ YERİNƏ GƏLDİ

19 June 2018, 13:30
Gündəm
Paytaxtın Nərimanov rayonunda restoran yanıb. APA-nın xəbərinə görə, yanğın "Nanəli" restoranında baş verib. Yanğın restoranın I və II mərtəbələrində qeydə alınıb. Yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Qeyd edək ki, yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev baş çəkib.