Sosial şəbəkədə biz:

Müdafiə nazirindən KİV-ə çağırış

20 June 2018, 12:59
Gündəm
“Hər bir əsgər ölümü olanda biz çox ciddi sarsıntı keçiririk. Hər bir əsgər həlak olanda araşdırma aparırıq. Araşdırma aparıldıqdan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri-döyüş şəraitində həlak olub”. APA-nın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. Zakir Həsənov bu səbəbdən mətbuat işçilərinin hadisə barədə məlumat verərkən tələsməməyə, həssas olmağa çağırıb: “Gəlin, araşdırmanın nəticəsini gözləyək. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə, tələskənliyə yol vermək olmaz”.