Sosial şəbəkədə biz:

Kiyevdə baş vermiş kütləvi dava nəticəsində Azərbaycan vətəndaşı yaralanıb

20 June 2018, 15:42
Gündəm
Azərbaycan vətəndaşı Kiyevdə kütləvi dava nəticəsində yaralanıb. UNN agentliyi yazır ki, hadisə iyunun 20-nə keçən gecə saat 2 radələrində bazarın yaxınlığında baş verib. Həkimlərin məlumatına görə, 32 yaşlı Azərbaycan vətəndaşı baldır nahiyəsindən güllə yarası alıb və şəhər klinik xəstəxanasına yerləşdirilib. Mənbə bildirib ki, kişi həmyerliləri arasında baş verən dava nəticəsində xəsarət alıb. Digər yaralılar barədə məlumat yoxdur.