Sosial şəbəkədə biz:

Bakıda dəhşətli qəza - Bir ailə məhv oldu

20 June 2018, 16:18
Gündəm
Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib. " Azinforum.az " Lent.az-a istinadən xəbər verir ki, Pirallahı yolunda "VAZ 2106" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən sürücünün həyat yoldaşı Sona Əliyeva və övladı, 4 aylıq Rəna hadisə yerində vəfat edib.
Avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.