Sosial şəbəkədə biz:

Bakıda sementlə dolu yük maşını belə aşdı - Fotolar

20 June 2018, 19:51
Gündəm
Bakı-Qazax yolunun 44-cü kilometrliyində betonqarışdıran maşın aşıb.  “ Azinforum.az ” ın Lent.az-a istinadən verdiyi xəbərə görə, təxminən iki saat əvvəl “99 JM 011” dövlət nömrə nişanlı nəqliyyat vasitəsi aşıb. Nəqliyyat vasitəsi ciddi ziyan görüb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Nəticədə Bakı-Qazax yolunun qəza baş verən hissəsində avtomobillərin hərəkətində problem yaranıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.