“Ermənilərin “Mi-8” vertolyotunu Cıdır düzünə endirtdik...” - “Zəhmli polkovnik”
“1989-cu il noyabrın 3-də Ermənistandan gələn içərisi yaraqlılarla dolu “Mi-8” vertolyotunu Şuşada Cıdır düzünə endirtdik. 28 erməni yaraqlısını həbs edib milis şöbəsinə gətirdik...”
1989-1991-ci illərdə Şuşa rayon polis şöbəsinin rəisi kimi çalışmış polkovnik Sadir Məmmədov Moderator.az əməkdaşına 1988-ci ildən başlanan məlum hadisələr zamanı Moskvanın diktəsi, hədə-qorxusuna rəğmən erməni ekstremistlərinə qarşı aparılan mübarizədən danışıb.

Qarabağda “zəhmli polkovnik” ləqəbi ilə tanınmış Sadir Məmmədovun müsahibəsini tezliklə saytımızda oxuya bilərsiniz.
