Bodrumda əyləncə mərkəzində atışma baş verib
Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda əyləncə mərkəzində silahlı atışma olub.
Yerli mətbuat yazır ki, hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
İnsidentdə həlak olanlardan biri qadındır.
Təfərrüatlar barədə məlumat verilmir.