Sosial şəbəkədə biz:

Sumqayıt Dövlət Universitetinin əsas binasında sütunlu tavan çökdü

21 June 2018, 20:12
Gündəm
Bu gün saat 15:30-da Sumqayıt Dövlət Universitetinin (SDU) əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavanı çökərək yararsız vəziyyətə düşüb. Bu barədə SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib. O bildirib ki, öncədən əmələ gələn çatlar nəzərə alınaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb. N.Cəlilli qeyd edib ki, hadisə barədə müvafiq strukturlara məlumat verilib. (APA)