Sosial şəbəkədə biz:

DÇ-2018: Xorvatlar Argentinanı məğlub etdi - Maradona ağladı

22 June 2018, 00:15
Gündəm
Dünya çempionatında bu gün D qrupunda Messili Argentina yığması Xorvatiya ilə üz-üzə gəlib. Azinforum.az bildirir ki, oyunun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb. İkinci hissədə isə Xorvatiya hesabı açıb. Ante Rebiç 53-cü dəqiqədə qola imza atıb. 83-cü dəqiqədə isə Modriç ikinci qolu Argentinanın qapısındna vurub. Oyunun son dəqiqəsində isə Messinin "Barselona"da komanda yoldaşı olan Rakitiç 3-cü qolu Argentinanın qapısından keçirib - 0:3 Onu da qeyd edək ki, oyunu meydandan Argentinanın canlı əfsanəsi Maradona da izləyib. Ölkəsinin məğlubiyyəti Maradonanı göz yaşlarına boğub...