Sosial şəbəkədə biz:

Şagirdlərimiz Balkan Riyaziyyat Olimpiadasında böyük uğur qazanıblar - FOTOLAR

24 June 2018, 10:54
Gündəm
19-24 iyun tarixlərində Yunanıstanın Rodos adasında keçirilən Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasında (JBMO) 3 gümüş və 3 bürünc medal qazanan şagirdlərimiz növbəti uğura imza atıblar: 1. 6 şagird medal qazanaraq, 100 faizlik nəticə əldə edib. 2. Komanda hesabında 113 bal toplayan şagirdlərimiz 2010-cu ildən bəri ən yaxşı ümumi nəticəni qazanıblar. 3. Riyaziyyat fənni üzrə ilk dəfə qız şagirdimiz medal qazanıb. 1. Abutalıb Namazov ( FRİTL) - GÜMÜŞ medal; 2. Fərid İsmayılov (FRİTL) - GÜMÜŞ medal; 3. Murad Ağayev (İstək l) -GÜMÜŞ medal; 1. Fidan Babayeva (FRİTL) - BÜRÜNC medal; 2. Rəşad Musayev ( FRİTL) -BÜRÜNC medal; 3. Yusif Qasımov ( 220 n.t.o.m) - BÜRÜNC medal. Tanınmış təhsil ekspertlərindən biri bu faktı musavat.com-a şərh edərkən bildirib ki, bu nəticələr olimpiada medalına bərabərdir və Azərbaycan təhsilinin böyük uğurudur. Musavat.com