Sosial şəbəkədə biz:

Kür çayında 8 gün əvvəl batmış 12 yaşlı uşağın meyiti aşkarlandı

25 June 2018, 12:24
Gündəm
Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb. 8 gün əvvəl Kür çayının kənarında əmisi tərəfindən velosipedi aşkar edilən Bıçaqçı kənd sakini, 2006-cı il təvəllüdlü Kənan Sabir oğlu Səmədovun meyiti çayda batdığı təxmin edilən yerdən təxminən 100 metr aralıda yerli sakinlər tərəfindən aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. (APA)