Sosial şəbəkədə biz:

Serj Sarkisyanın qardaşı həbs olundu - VİDEO

25 June 2018, 20:02
Gündəm
Polis Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyanın qardaşını saxlayıb. Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, Aleksandr Sarkisyan iyunun 25-də Yerevanda saxlanılıb. “Polis tərəfindən xüsusi tədbirlər Sayat-Nova küçəsində aparılıb. Əlavə məlumat veriləcək”, - Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəisi Aşot Aqaronyan deyib. Dəqiqləşdirməyə görə, Aleksandr Sarkisyan polis şöbəsinə qanunsuz silah gəzdirməkdə şübhəli qismində gətirilib.