Sosial şəbəkədə biz:

Bakıda ağac “qətliamı”: sakinlər etiraz edir (FOTOLAR)

25 June 2018, 21:49
Gündəm
Bakının Xətai rayonu, Telnov küçəsində məcburi köçkünlərin məskunlaşdığı ərazidə ağaclar qanunsuz şəkildə kəsilir.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, ağacları kəsən şəxslər sakinlərin etirazlarına məhəl qoymur və bununla bağlı aidiyyəti orqanlardan icazə aldıqlarını deyirlər.
Hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri dəvət edilib.