Sosial şəbəkədə biz:

Bakıda fəhlə tikinti zamanı 12-ci mərtəbədən yıxılaraq ölüb

27 June 2018, 10:00
Gündəm
Bakıda tikinti zamanı ölüm hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, gecə saatlarında "20-ci Sahə" adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə ölüb. Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Faktla bağlı cinayət işi başlanılıb.