Sosial şəbəkədə biz:

Naxçıvanın baş nazirinə yeni müavin təyinatı

28 June 2018, 10:41
Gündəm
Naxçıvan baş nazirinin birinci müavini vəzifəsinə təyinat olub. Azinforum.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 27-də Elşad Məmmədqulu oğlu Əliyevin Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini təyin edilməsi haqqında fərman imzalayıb. Qeyd edək ki, E.Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində çalışırdı.