Sosial şəbəkədə biz:

İranda uranı zənginləşdirən zavod işə düşdü – 9 ildən sonra yenidən

28 June 2018, 14:20
Gündəm
İranda 9 ildən sonra nüvə yanacağı istehsal edən əsas zavod yenidən fəaliyyətə başlayıb. “Report” İran KİV-inə istinadən xəbər verir ki, zavod İslam Respublaksının ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin tapşırığı ilə işə salınıb. Bununla da son 9 ildə ilk dəfə İranın İsfahan şəhərində UF6 (Uran-6-Florid) hasilatı, uranın zənginləşdirilməsi üçün sentrafuqlar işə düşüb. Zavodun açılışına səbəb ABŞ-ın İranın nüvə proqramına dair Əhatəli Birgə Fəaliyyət Planı müqaviləsindən çıxması göstərilir.