Sosial şəbəkədə biz:

Gündüz İsmayılov: “Bəzi dini icmaların hüquqi ünvanları şəxsi ev və qarajlardır”

29 June 2018, 15:00
Gündəm
"Ədliyyə Nazirliyində 2000-ci ilə qədər qeydiyyatdan keçən bəzi dini icmaların hüquqi ünvanları şəxsi ev və qarajlardır". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda respublika müşavirəsində deyib. Onun sözlərinə görə, hazırda həmin dini icmaların ləğvi problem yaradır: "Dövlət Komitəsi bu dini icmaları ləğv edə bilməz, bunun üçün məhkəməyə müraciət olunmalıdır. Belə icmaların ləğvi sahəsində Dövlət Komitəsinə səlahiyyət verilərsə, bu müsbət hal olar. Biz bundan məmnun olarıq". (Report)