Sosial şəbəkədə biz:

İqdır millət vəkili Yaşar Qaradağ: “Ermənilər Xocalıda etdiklərinin hesabını verməlidirlər”

29 June 2018, 17:21
Gündəm
Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına çalışacam. Bu, mənim vəzifəmdir. Əslən Azərbaycan türküyəm.  Babalarım İqdıra 1918-1920-ci illərdə erməni zülmündən gəliblər.
Bu sözləri Milliyyətçi Hərəkat Partiyasından İqdırdan millət vəkili seçilən Yaşar Qaradağ bildirib.
“Bu gün İqdırın Hakmehmet, Oba, Gedikli, Koçkıran kəndlərində toplu məzarlar var. Bunlar ermənilərin bizə qarşı etdikləri vəhşiliyi unutmağa qoymur. Bunları edənlərin nəvələri də eyni şeyi Xocalıda etdilər. Bu gün Azərbaycanın 20 faiz torpaqları işğal altındadır.  Ermənilər Türkiyə ilə normal münasibətlər qurmaq istəyirlərsə, öncə işğal etdikləri Qarabağ torpaqlarını azad etməlidirlər. Qarabağı Azərbaycana qaytarmalıdırlar. Öldürdükləri minlərlə azərbaycanlı qardaşlarımızın hesabını verməlidirlər. Sarkisyanın erməni gənclərinə verdiyi nəsihəti unutmadıq: “Biz atalarımızın intiqamını aldıq, siz də Ağrı dağını, İqdır və onun ətraflarını alın”. Mən isə onlara cavab olaraq deyirəm ki, ermənilərə verəcək bir çınqıl daşımız yoxdur və ola da bilməz!”.
Millət vəkili Azərbaycanla bağlı fikirlərini bölüşüb.
“Azərbaycan bu gün Qafqazların parlayan ulduzudur. Müasir və güclü orduya malikdir.  Hörmətli prezidentimiz İlham Əliyevin sayəsində hər keçən gün inkişaf edir və liderliyini daha da gücləndirir. Bu gün hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan və hörmətli İlham Əliyevin dostluğu, qardaşlığı ilə iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafında böyük rol oynayır. Mən də bu qardaşlığın daha da irəli getməsinə çalışacam”,-deyə Y. Qaradağ əlavə edib.