Sosial şəbəkədə biz:

Tanınmış baş redaktorun bacısı  məhkəmə qarşısına çıxarılır - HAZIRDA POLİS NƏZARƏTİNDƏDİR

29 June 2018, 20:31
Gündəm
Nərimanov rayonunda 3 nəfərə qarşı dələduzluq edən qadının məhkəməsi başlayır. Criminal.az saytının məlumatına görə, Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinən Seyfullayeva Aidə Ramiz qızının məhkəməsinin hazırlıq iclası iyul ayının 3-də hakim Rəşad Abdulovun sədrliyi ilə keçiriləcək.
Təqsirləndirilən Aidə Seyfullayeva həm də tanınmış jurnalist, Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərudun bacısıdır.
Criminal.az