Sosial şəbəkədə biz:

Vasif Talıbovdan rəis təyinatı

30 June 2018, 12:09
Gündəm
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Vəli Novruzovun Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir:”Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Vəli Zihralı oğlu Novruzov Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilsin”. Qeyd edək ki, Vəli Novruzov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.