Sosial şəbəkədə biz:

Sumqayıtda polis rəisi münaqişə zamanı başından daşla vurulub

01 July 2018, 11:31
Gündəm
Sumqayıt şəhərində polis münaqişə zamanı xəsarət alıb. “Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 14-cü məhəlləsində baş verib. 1981- ci il təvəllüdlü Bakı şəhər sakini, polis işçisi Məmmədov Namiq Ramiz oğlu Sumqayıtın 14-cü məhəlləsi ərazisində münaqişə zəminində gicgah nahiyəsindən daş yarası alıb. Xəstəxanaya çatdırılan şəxs daha sonra ambulator müayinəyə buraxılıb. N.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisidir. Faktla bağlı araşdırma aparılır.