Ərdoğanı təbrik etməyəcəyik – Ermənistan XİN
Ermənistan Rəcəb Tayyib Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik etməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan deyib.
“Ermənistan və Türkiyə 2014-cü ilə - Ərdoğanın hakimiyyətə gəlməsinə qədər formal təbriklər edirdilər. Ərdoğan prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra sözügedən praktikaya son qoyulub”, - Balayan bildirib.