Sosial şəbəkədə biz:

Prezident Mingəçevir İES-də baş vermiş qəzanı nəzarətə götürüb

03 July 2018, 10:10
Gündəm
Azərbaycan Prezidentinin Mətbuat Xidməti Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəza ilə bağlı məlumat yayıb. Bildirilir ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanılıb. Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir.