Sosial şəbəkədə biz:

Ermənistanın keçmiş müdafiə naziri axtarışa verildi

03 July 2018, 16:29
Gündəm
Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan axtarışa verilib. Trend-in məlumatına görə, o, 2008-ci ildə keçirilmiş prezident seçkiləri ilə əlaqədar etiraz aksiyaları zamanı zorakılıq törətməkdə ittiham olunur. Qeyd olunur ki, o həmçinin konstitusion rejimin devrilməsi cəhdində ittiham edilir. Xatırladaq ki, M.Arutyunyan 2007-2008-ci illərdə Ermənistan müdafiə naziri işləyib.