Sosial şəbəkədə biz:

Kiyevdəki "Dolma" restoranının qarşısında atışma: bir azərbaycanlı öldürülüb

04 July 2018, 11:04
Gündəm
Kiyevdə Azərbaycan yeməkləri verilən "Dolma" adlı restoranın qarşısında atışma olub. "Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, atışma nəticəsində 5 güllə yarası alan azərbaycanlı Davud Ağayev xəstəxanada dünyasını dəyişib. Ukrayna KİV-lərinin xəbərinə görə, D.Ağayevin azərbaycanlı kriminal avtoritet "Lotu Quli" ilə əlaqəli olması ehtimal edilir.