Sosial şəbəkədə biz:

Novxanı çimərliyində bir nəfər batdı

05 July 2018, 11:53
Gündəm
Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə ötən gün Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumata görə, bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.