Sosial şəbəkədə biz:

SON DƏQİQƏ: Bakıda supermarketdə güclü yanğın

06 July 2018, 13:22
Gündəm
Bakıda fəaliyyət göstərən supermarketlərdən birində güclü yanğın baş verib. Minval.info xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Bolmart”da qeyd alınıb. Şahidlərin məlumatına görə, əraziyə yanğınsödürən maşınlar cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər gedir. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Əlavə məlumat veriləcək.