Sosial şəbəkədə biz:

Həbsdə olan Baş redaktorun atası rəhmətə getdi

09 July 2018, 11:44
Gündəm
Hazırda həbsdə olan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin atası Allahverdi Vəliyev ötən gün dünyasını dəyişib. Habil Vəliyevin qohumları xəbərin doğru olduğunu Azinforum.az-a təsdiq ediblər.  Qeyd edək ki, H.Vəliyev ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. Bakı  Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan mərhum edilib. Habil Vəliyevin müdafiəçiləri hökmdən apellyasiya şikayəti verib. Hazırda Bakı Apelliyasiya Məhkəməsində baş redaktorla bağlı işin məhkəmə istintaqı aparılır.   Hüseyn, Azinforum.az