Sosial şəbəkədə biz:

Vladimir Jirinovskinin partiyasının üzvü olan deputat döyülüb

09 July 2018, 14:37
Gündəm
Rusiya Dövlət Dumasının Liberal Demokratlar Partiyasından olan deputatı Sergey Jiqarev döyülüb. “Report” TASS-a isitinadən xəbər verir ki, məlumatı hüquq-mühafizə orqanları yayıb. Hadisə iyulun 8-dən 9-na keçən gecə paytaxt Moskvanın cənub-qərbində baş verib. Döyülmə nəticəsində baş-beyin travması alan Sergey Jiqarev xəstəxanaya yerləşdirilib. Polis deputatı döyən şəxslərin axtarışına başlayıb. Qeyd edək ki, Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovskidir.