Sosial şəbəkədə biz:

İqbal Ağazadə, yoxsa Araz Əlizadə: - MSK 27 məntəqənin nəticəsini hələ açıqlamır

35 saylı Xətai III Seçki Dairəsində bu saata qədər 6 məntəqənin nəticələri açıqlanıb.   Mərkəzi Seçki Komissiyası xəbər verir ki, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə 1817 səslə liderdir.   Ümid Partiyasının sədri İqbal Ağazadə isə 1078 səslə ikinci yerdədir. Bu nəticə hələlik 6 məntəqədə üzrə qeydə alınıb. Digər 27 məntəqədə isə səslər hesablanmayıb(Axar.az).   Qeyd edək ki, MSK sədri Məzahir Pənahov bütün məntəqələrdə seçkilərin baş tutduğunu, seçici fəallığının 55,7 faiz olduğunu bildirib.   124 dairədə liderlik edənlər açıqlansa da, yalnız sözügedən dairənin nəticələri barədə heç bir söz deyilməyib. Son nəticə ilə MSK-nın rəsmi saytında tanış ola bilərsiniz.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol