Sosial şəbəkədə biz:

Naxçıvan Ali Məclisinin növbəti sessiyası çağırılıb

11 July 2018, 08:49
Gündəm
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyası çağırılıb. “Report” xəbər verir ki, bu barədə müvafiq qərarı iyulun 10-da Ali Məclisin sədri Vasif Talıbov imzalayıb. Qərara görə, V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası 2018-ci il iyul ayının 14-də saat 11:00-da Naxçıvan şəhərində çağırılacaq. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər daxil edilib: 1.2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2.Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi 3.“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.