Sosial şəbəkədə biz:

Ermənistanın keçmiş müdafiə naziri Yerevandakı villasını sökdürür

12 July 2018, 16:03
Gündəm
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Yerevanın Vaaqni məhəlləsindəki malikanəsini sökdürür. Bunu “Jamanak” qəzeti yazıb. Məlumata görə, 3 mərtəbəli villanın uçurdulmasına səbəb S.Ohanyanın qanunsuz varlanmasını təsdiqləyən dəlil-sübutları məhv etməkdir: “Çünki adi vətəndaşlar və hüquq-mühafizə orqanları dövlət məmuru olmuş Seyran Ohanyandan bu malikanənin tikilməsinə sərf olunan pulun mənbəyini soruşacaq. Axı, nazir maaşı ilə belə böyük malikanə tikmək mümükün deyil? Ancaq bu məntiq əsas tutulsa, o halda Ermənistanda son 25 ildə tikilən binaların azından 90 faizi sökülməlidir. Çünki ölkədə maaşla belə mülk sahibi olmaq mümkün deyil”. Qeyd edək ki, Seyran Ohanjyan 2008-ci il aprelin 14-dən 2016-cı il oktyabrın 3-dək Ermənistanın müdafiə naziri olub.(“Report”)