Sosial şəbəkədə biz:

Avropa Liqası:"Qəbələ" və "Keşlə" ilk görüşdə uduzdu

12 July 2018, 22:38
Gündəm
Azərbaycanın “Qəbələ” və “Keşlə” klubları Avropa Liqasına məğlubiyyətlə başlayıblar. Hər iki komanda I təsnifat mərhələsində ilk görüşdəcə uduzaraq, növbəti mərhələ şanslarını çətinləşdirib. “Qəbələ” öz meydanında Lüksemburq “Proqres”inə yenilib – 0:2. Hər iki qol fasilədən sonra vurulub. Mayron de Almeyda 51-ci dəqiqədə hesabı açıb. Olivye Till isə bundan 10 dəqiqə sonra penaltini dəqiq yerinə yetirib. “Keşlə” isə Maltada “Baltsan”la qarşılaşmada darmadağın olub – 1:4. Hesabı 12-ci dəqiqədə Alfred Effionq açıb. 21-ci dəqiqədə Leklao fərqi artırıb. 29-cu dəqiqədə Sezar Meza Kolli penaltidən fərqi azaltsa da, 34-cü dəqiqədə Boyan Kalyeviç “Baltsan”ın üçüncü qolunu vurub. Oyunda son nöqtəni isə 55-ci dəqiqədə Kadu qoyub/Report.