Sosial şəbəkədə biz:

Bakıda qardaş bacısını qısqanclıq zəminində öldürüb

13 July 2018, 13:06
Gündəm
Ötən gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsində baş verən qətl hadisəsinin bəzi məqamlar məlum olub. Virtualaz.org-un xəbərinə görə, Said Bayramov onunla birlikdə kirayədə yaşayan bacısı, 1977-ci il təvəllüdlü Xanım İslamovanı döş qəfəsindən bıçaqlayaraq qətlə yetirib. Daha sonra isə hadisə yerindən qaçıb. İlkin ehtimala görə, qətlə səbəb bacı-qardaş arasında yaranmış şəxsi münasibətlər olub. Yasamal Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Yasamal Rayon Prokuroluğundan virtualaz.org-a verilən məlumata görə, S.Bayramov artıq həbs edilib. O, ilkin ifadəsində bacısını qısqanclıq zəminində öldürdüyünü etiraf edib. İnarə Rafiqqızı Virtualaz.org *   *   *11:13 Bakıda 42 yaşlı qadın qardaşı tərəfindən öldürülüb. “Report”un xəbərinə görə, Yasamal rayonunda 1976-cı il təvəllüdlü Xanım Bayramova kirayə yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Onu qətlə yetirən qardaşı, 1974-cü il təvəllüdlü Sədi Bayramov Xızı rayonunda saxlanılıb. Fakt üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.