Sosial şəbəkədə biz:

Terrorçuluğa çağırış edən şəxslər barədə 21 cinayət işi başlanıldı, 3 nəfər həbs edildi

13 July 2018, 15:02
Gündəm
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 şəxs həbs edilib. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa veriliblər. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barədə inzibati həbs tədbiri seçilib.