Sosial şəbəkədə biz:

Beş ayda 1048 əkiz, 39 üçəm doğulub

14 July 2018, 22:00
Gündəm
Bu ilin 5 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55 min 653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır.
Cari ilin yanvar-may aylarında ölkədə 25 min 277 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 təşkil edib.