Sosial şəbəkədə biz:

Tramp 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib

15 July 2018, 13:23
Gündəm
ABŞ prezidenti Donald Tramp 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürəcək. Trend-in məlumatına görə, D.Tramp bu barədə "Daily Mail"a müsahibəsi zamanə bildirib.
ABŞ prezidenti deyib: "Mən qətiyyətlə namizədliyimi irəli sürmək fikirindəyəm. Belə görünür ki, hamı bunu istəyir".
D.Tramp demokratlar arasında ona rəqib ola biləcək namizədin olması barədə suala cavabında deyib: "Yox, mən heç kimi görmürəm. Mən onların hamısını tanıyıram, onlarda heç kim yoxdur... Onların düzgün namizədi yoxdur".